Menyuda qırmısı ət, qızarmış ət və duzun çox olması ateroskleroza səbəb olur.
"Medicina" xəbər verir ki, bunu diyetoloq Mixail Qinzburq bildirib.
Bəzi ərzaqların bir-birinə uzlaşmaması və birlikdə qəbulu orqanizmdə pozulmalara səbəb olur.
Məsələn, şəkər, yağ, duz birlkdə maddələr mübadiləsini pozur.
İnsan orqanizmi bu qədər birləşmələrin eyni vaxtda qəbuluna hesablanmayıb. Çünki təbiətdə eyni zamanda yağlı və şirin, duzlu və şəkərli qida yoxdur.
Daha çox kişilərin seçimi olan ət və duz damarları tıxayır.
"Belə birləşmə mədə-bağırsaq xəstəlikləri, hipetoniya təzyiq və yara, xora, xərçəngin əsasını qoyur.
Belə birləşmələri ancaq aktiv həyat tərzi keçirən və idmanla məşğul olanlar qəbul edə bilər.
"Belə zərərli qidaları həftədə 1 dəfəyə endirin ki, neqativ təsirdən sığortalanasız".
Aygün Musayeva