Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qırmızı bibər orqanizmi hansı xəstəliklərdən qoruyur? - SİYAHI

  • 2024.06.05 11:21
  • 1014 Baxış
Qırmızı bibər orqanizmi hansı xəstəliklərdən qoruyur? -  SİYAHI
Qırmızı bibər yayda ən çox istifadə edilən tərəvəzlərdən biridir. Kimiləri onu səhər yeməyində yemək üçün, kimiləri açıq havada çəkilən kababın yanında közləmək üçün, kimiləri də qışa hazırlıq məqsədilə pastasını hazırlamaq üçün alır.

Ət yeməklərində, şorba və salatlarda da geniş şəkildə istifadə edilən qırmızı bibər həm də sağlamlığa faydaları ilə diqqət çəkir.

Medicina.az xəbər verir ki, qırmızı bibər beyni qüvvətləndirir, yaddaşı gücləndirir.

Qırmızı bibərin tərkibində beta-kriptoksantin var. Bu birləşmə bədəndə A vitamininə çevrilir. Bəzi araşdırmalar göstərir ki, beta-kriptoksantinlə zəngin qidalar sidik kisəsi, ağciyər və kolon xərçəngi riskini azaltmağa kömək edə bilər.

Bir çox tünd qırmızı meyvə və tərəvəzlərdə olan piqmentlər beyin hüceyrələrinə qoruyucu təsir göstərir. Bibərin ehtiva etdiyi antosiyaninlər də yaşlandıqca yaddaş problemlərini və koqnitiv pozğunluğu yavaşlatmağa kömək edə bilər.

Qırmızı bibərin digər faydalı xüsusiyyətlərini isə belə sıralamaq olar:

- İltihabın qarşısını alır,
- Oynaq ağrılarını aradan qaldırır,
- Toxumaları sağaltdığı üçün cavanlaşdırır,
- C vitamini ilə zəngindir. Buna görə də immuniteti gücləndirir və xəstəliklərdən qoruyur.
- Qəbizlik problemini həll edir.


Aysel