Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qırışsız dəriyə, sağlam oynaqlara sahib olmaq üçün - Sümük bulyonu

  • 2019.04.18 15:30
  • 17088 Baxış
Qırışsız dəriyə, sağlam oynaqlara sahib olmaq üçün -  Sümük bulyonu

Çox vaxt bulyon dedikdə ağlımıza xəstə və ya zəifləmiş insanlara içirilən toyuq bulyonu gəlir. Amma toyuq bulyonundan da daha qiymətli və qidalı sümük bulyonudur. 


Medicina.az bildirir ki, sümük bulyonundan hələ qədim vaxtlardan artrit və autoimmun xəstəlikləri də daxil olmaqla, iltihab proseslərini aradan qaldırmaq məqsədilə istifadə edilir. O, bir çox xalqların qida rasionlarına və milli mətbəxlərinə daxildir.

 

Sümük bulyonu sümüklərdən vam odda hazırlanan yeməkdir. Uzun müddət qaynaması nəticəsində sümüklərdə olan birləşdirici toxuma, sümük iliyi suyun tərkibinə keçir. 


Yüksək qidalılığa malik olan sümük bulyonu soyuduqdan sonra bərkiyərək jelatinə çevrilir. 


Tərkibində olan prolin, qlisin və qlütamin kimi amin turşularının  unikal xüsusiyyətləri sayəsində sümük bulyonu çox xeyirli qida hesab edilir. Bu maddələr bütün zülalların tikinti materialları hesab edilir. Əsasən də kollagen zülalında daha çoxdur. Onlar həmçinin bir çox enzimlərin tərkibində olan neyromediatorların formalaşmasınra rol oynayır. 


Aktiv iltihabı proses, xəstəlik, dərman qəbulu, vitamin çatışmazlığı, idmanla məşğul olmaq, hamiləlik zamanı amin turşularına olan tələbat artır. 

Əgər insanın qida rasionunda onların miqdarı kifayət qədər deyilsə, o zaman immunitet kəskin şəkildə azalır. 

Sümük bulyonu bu maddələrlə çox zəngindir. 


İmmun sistemin zəifləməsi isə seliaksiya, dağınıq skleroz, revmatoid artrit, qalxanabənzər vəzin xəstəlikləri kimi bir sıra autoimmun və iltihabı xəstəliklərə yol açır. 


Bulyonun tərkibində bağırsaqların selikliyini təmin edən yüksək miqdarda jelatin mövcuddur. 

Bundan əlavə, onun tərkibində bağırsaqları sağlam saxlayan qlutaman maddəsi də var. Bu maddə immun sistemi aktivləşdirərək eroziya və xoraları sağaldır. 

Qlisin maddəsi həm də iltihab əleyhinə xüsusiyyətə malikdir.  Bu maddə bağırsaqları bakterial infeksiyalardan qoruyur. 


Sümük bulyonunun istifadəsi revmatoid artrit xəstəliyi üçün xarakterik oynaq ağrıları zamanı da müsbət nəticə göstərir. 


Bunun səbəbi isə onun tərkibində olan qlükozamın, xondroitin sulfat və gialuron turşusunun olmasıdır. Sonuncu maddə qığırdaqların sağlam olması üçün əhəmiyyətli olan kollagenin əmələ gəlməsini təmin edir. 


Gün ərzində qəbul edilən 2-3 fincan sümük bulyonu bağırsaqların sağalması və oynaqlarda olan iltihab prosesinin aradan qaldırılması üçün çox əhəmiyyətlidir.  


Sümük bulyonu çox da baha olmayan, amma çox qidalandırıcı və faydalı yeməkdir. Onun mütəmadi olaraq işilməsi orqanizmin sağlamlığını bərpa edir və qüvvətləndirir. 


Tələb olunanlar: 


• 1,5 kq mal sümüyü 

• 4 litr təmizlənmiş su 

• 1 ədəd yerkökü

• 1 ədəd baş soğan 

• 1 ədəd kərəviz 

• 2 x/q alma sirkəsi 

• 2 ç/q duz 


Hazırlanması: 


• Sümükləri yuyun. 


• Daha sonra onları və digər tərəvəzləri iri bir qazana qoyaraq üzərini örtənə qədər su əlavə edin.

 

• Qaynara düşən kimi qazı azaldın. Bulyon vam odda qaynamalıdır. Qazanın ağzını örtün və bu minvalla 36 saat qaynadın. 


• Hazır olduqdan sonra bulyonu süzgəcdən süzərək sümükləri və tərəvəzləri tullayın. 


• Bulyonu isti və soyuq halda istifadə edə bilərsiniz.

 

Arzu

Medicina.az