Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qırğızıstanda fövqəladə rejim qüvvəyə mindi

  • 2020.03.22 11:08
  • 1883 Baxış
Qırğızıstanda fövqəladə rejim qüvvəyə mindi
Qırğızıstanda elan edilmiş fövqəladə rejim bu günddən qüvvəyə minir.

Medicina.az xəbər verir ki, ölkənin Baş Naziri Məhəmmədkalıy Abılqaziyev Təhlükəsizlik Şurasının təklifi ilə bu addımın atıldığını bildirib.


Bu gündən etibarən Qırğızıstan paytaxtı Bişkek və ətraf regionlarda xüsusi postlar qurulacaq, lazımi malların çatdırılması üçün marşrutlar müəyyən ediləcək, ölkədaxili reyslər təşkil ediləcək, mağaza və apteklərin iş prinsipi yenidən qurulacaq.

Bişkek meri qeyd edib ki, 22 martdan etibarən paytaxtda trolleybusdan başqa, ictimai nəqliyyat fəaliyyətini dayandırır. Ticarət məzkərləri bağlanır, kafe və restoranlar isə ancaq sifarişə görə işləyəcəklər.

Qırğızıstanda koronavirusa yoluxma sayı 14-dür.

qafqazinfo