Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qırğızıstan vaksinlərdən imtina edir - SƏBƏB

  • 2021.01.19 15:13
  • 1684 Baxış
Qırğızıstan vaksinlərdən imtina edir -  SƏBƏB

Qırğızıstan “Pfizer” vaksinlərindən imtina edir.

Bunu ölkənin səhiyyə naziri Alimkadir Beşenəliyev deyib.

Onun sözlərinə görə, Qırğızıstan vaksinlər və immunlaşdırma üzrə Qlobal alyansın “COVAX” proqramına qoşulub.

"Qlobal alyans bizə “Pfizer” vaksinini təklif etdi. Ancaq bu vaksin -70 dərəcədə saxlanılmalıdır. Vaksinləri gətirmək, saxlamaq və əhalini vaksinasiyadan keçirmək üçün xüsusi vaksin soyuducularına ehtiyacımız var. Bizdə belə soyuducu yoxdur. Onları almaq istəyirdik, amma bu tip qurğuların qiyməti 4000 ABŞ dollarından çoxdur. “Pfizer” vaksini üçün daha 2 milyon dollar ayrılmalıdır. Təəssüf ki, büdcəmizdə bu qədər vəsait yoxdur”, - o bildirib.