Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaq infeksiyaları və onlardan qurtulmaq yolları Qıl qurdu –

  • 2019.08.03 12:20
  • 27150 Baxış
Bağırsaq infeksiyaları və onlardan qurtulmaq yolları  Qıl qurdu –

Bağırsaq qurdu dedikdə insanların bağırsaqlarında illərlə yaşayan parazitlər nəzərdə tutulur. Onlar orqanizmə çirkli sular, təmiz yuyulmamış meyvə-tərəvəz, yaxşı bişməmiş ətdən, xəstə heyvandan, yumurtaları tökülmüş yataq dəstindən yoluxur. Medicina.az bağırsaq parazitlərinin yoluxma faktorları və qorunma üsullarını təqdim edir.

 

 Gecələr anus nahiyəsində qaşıntı, iştahsızlıq, qan azlığı, həzm pozğunluqları, qusma və ishal, yatarkən ağızdan normadan artıq suyun gəlməsi... bunlar hamısı bağırsaq qurdlarının əlamətləridir. Bağırsaq qurdları sidik yollarının infeksiyalarından tutmuş bağırsaq keçməzliyinə qədər bir sıra xəstəliklərə səbəb ola bilirlər.

 

 
QIL QURDU  Ən çox uşaqlarda rast gəlinən qurddur. Bu qurd insan bədəninə natəmiz əl və ya qida vasitəsilə daxil olur. Onun yumurtaları xaricə töküldükdən sonra uzun müddət tələf olmurlar. Bağırsaqda artıb çoxalan qurdlar anusdan xaricə yumurtalarını qoyduqda tələf olurlar. Ancaq xarici mühitə davamlı yumurtalar natəmiz yataq dəsti və ya alt paltarımıza toxunan əllər vasitəsilə yenidən əllərimiz vasitəsilə ağzımıza, oradan da bağırsağa daxil olur . Qıl qurdlar orqanizm üçün elə də təhlükəli qurd sayılmasa da, ondan xilas olma yolu çox çətindir.
MÜALİCƏSİ:  Xəstə qurd əleyhinə dərmanlar qəbul eləməklə birgə aşağıdakı qaydalara mütləq əməl etməlidir:

 

 
- dırnaqlarını dibindən tutmalı - tez-tez əllərini yumalı - yatanda qurd yumurtaları yatağa tökülməsin deyə kip və uzunayaqlı yataq paltarı geyinməli - anus nahiyəsinin gigiyenasına diqqət yetirməli
- alt paltarlarını qaynatmalıdır.

 

 

Bitki tərkibli müalicə:

 

 
Kök Soğan Sarımsaq Zeytun yağı Sirkə
Süd

 

 
Hazırlanma və istifadə qaydası:  Rəndələnmiş kök, döyülmüş soğanla birlikdə suda qaynadılır. Süzülərək əldə edilən qarışığa sirkə əlavə edilərək qarışdırılır. Hazırlanan bu qarışıqla anus ətrafı, rahatsızlıq, qaşıntı zamanı gündə 2 dəfə yuyulmalıdır. Sarımsaqlar döyülüb əzildikdən sonra süd ilə bişirilir. Süzülərək alınan qarışıqdan yeməkdən sonra və yatmadan öncə bir fincan isidilərək içilir. Rahatsızlıq, qaşıntı zamanı anus ətrafını hər gün 3 saatdan bir sirkəli su ilə yumaq da müsbət təsir göstərir. Bağırsaq infeksiyaları və onlardan qurtulmaq yolları  Qıl qurdu –
Bağırsaq infeksiyaları və onlardan qurtulmaq yolları  Qıl qurdu –
Bağırsaq infeksiyaları və onlardan qurtulmaq yolları  Qıl qurdu –