Azərbaycanda "tükdönməsi, qıl dönməsi" deyilən büzdüm fistulası kifayət qədər yayılmış və həyat keyfiyyətini pozan bir xəstəlikdir. Büzdüm nahiyəsində ağrı, şişkinlik, nəmlənmə, irinlənmə ilə başlayır.
Səbəb büzdüm altında tük ifraz edən kanalların olması və onların iltihablanmasıdır.
Dərmanla müalicəsi yoxdur. Çıxış yolu sadəcə əməliyyatdır.
Amma artıq Azərbaycanda qıldönməzin Amerika və Avropada tətbiq edilən metodla əməliyyatı aparılır.
“Medicina” xəbər verir Azərbaycanın tanınmış proktoloq cərrahı, professor Emin Cavadov xəstələri ən müasir metodla kəsiksiz və ağrısız əməliyyat barədə məlumatlandırıb.
“Son 3-4 ilə qədər qədər bütün dünyada toxuma kəsilirdi və orda böyük yara əmələ gəlirdi. Bu ənənəvi əməliyyatdan sonra 1-2 ay çəkən problemli sağalma dövrü olurdu. Xəstələr 1 ay otura bilmirdi, residivlər olurdu, yaralar irinləyirdi. Hətta bəzən təkrari əməliyyata ehtiyac olurdu.
İndi isə kiçik invaziv lazer metodu ilə bu problem çox asanlıqla gözəl həll edilir.
Son illərdə xatırlamıram kimisə açıq üsulla əməliyyat edim. Əgər xəstə özü də desə də ki, mən istəyirəm dədə baba üsulu ilə açıq əməliyyat edin, razı olmuram. Çünki köhnə metod həkim və xəstə üçün risklidir.
Qıldönməzin invaziv metodunda kiçik bir dəlikdən lazerlə daxil olunur, yandırılır və bununla da bitir. Xəstə səhəri xəstəxananı tərk edir, 3-5 gündən sonra işə çıxır. Orda nə yara, nə tikiş, nə yara izi qalmır.
Amma bu müasir metodun da öz göstərişi var. Xəstə mütləq dəqiq diqqətlə müayinədən keçməlidir. Xəstəxanalar, həkimlər, gənclər çoxdur. Biz də cavan olmuşuq. Ambisiya çoxdur. Amma bəzən bu mövzuda lazım olmayan hərəkətlərə əl atılır. Xəstələrdə proktoloji məsələlərdə ehtiyatlı olmaq lazımdır."
Ətraflı video materialda izləyin:
Həkimin qəbulu üçün:
Caspian International Hospital
Badamdar qəsəbəsi, 1-ci yasayis massivi 31,
(012) 502 50 16
Aygün Musayeva