Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qidasında çox şəkər olan uşaqlar daha aqressiv olub, içki və siqaretə başlayır– Diqqətli olun

  • 2018.10.10 17:09
  • 17014 Baxış
Qidasında çox şəkər olan uşaqlar daha aqressiv olub, içki və siqaretə başlayır–   Diqqətli olun
10-15 yaş arasında uşaqlar içində daha çox şəkər, şirniyyat qəbul edənlər aqressiv olur, dava-dalaş  yaradır, daha tez siqaret çəkməyə başlayır, içkiyə meyilli olur. 


Medicina.az xəbər verir ki, aparılan təcrübə göstərib ki, energetik içki, şirin içki, şirniyyat qəbul edən uşaqlar 3,5 dəfə daha münaqişəyə meyilli olub, digər uşaqlara qarşı təhqirə yol verib, ələ salıblar. 


Rasionda qənd, şəkər çox olan uşaqlar 2 dəfə çox davalarda iştirak ediblər. 

Məsələn, Böyük Britaniyada konfet, şokolad, şirin sular içən məktəblilər 89% daha çox siqaret çəkib, içkiyə başlayıblar.  Onlar digər uşaqları münaqişəyə çəkiblər. 


Ən pis vəziyyət İsveçdə olub. Burda məktəblilərin gündəlik rasionunda şəkər daha çox olduğundan, uşaqlar zorakı meyilli olub, daha erkən zərərli vərdişlərə qurşanıblar. 


Alimlər bildirir ki, 11 yaşından sonra uşaqlara sutkalıq 30 qramdan artıq şəkər qəbul etmək olmaz. Misal üçün qeyd edək ki, bir butul cola və bir ədəd Mars şokoladında 35 qram şəkər var. Energetik içkilərdə isə bu miqdar daha çoxdur. Ona görə gündə bir ədəd energetik içki və ya bir ədəd Cola, bir iki ədəd şokolad yeyən uşaqlarda aqressiya simptomları artacaq.