Bəzən qidaları uzun müddət saxlayırıq və onların vitaminini itirib-itirmədiyi bizə o qədər də maraqlı olmur. Lakin qidaların istifadə müddətinə xüsusi diqqət yetirmək lazımdır.
Medicina.az bəzi qidaların istifadə müddətini təqdim edir:
Tərəvəzlər soyuducuda bir həftə saxlanılmalıdır. Uzun müddət qaldıqda tərkibindəki vitaminlər azalır. Meyvələr isə 5-7 gün ərzində yeyilməlidir.
Göyərtilərin istifadəsi 2-3 gündən artıq olmamalıdır.
Toyuğun soyuducuda 2 gün ərzində saxlanılması məqsədəuyğundur.
Gündəlik süd qutuları açıldıqdan sonra 2 gün, yumurta isə alınan tarixdən etibarən 4-5 gün ərzində istifadə edilməlidir.
Pomidoru isə bir həftə saxlamaq olar.
Soğan, kartof cücərməyə başlayana qədər sərin yerdə saxlanıla bilər.