Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qidalardakı vitamin çatışmazlığının : 1 milyon uşaq həyatını itirdiDƏHŞƏTLİ NƏTİCƏSİ

  • 2017.11.30 16:17
  • 11968 Baxış
Qidalardakı vitamin çatışmazlığının : 1 milyon uşaq həyatını itirdi DƏHŞƏTLİ NƏTİCƏSİ
Qidalarda vitamin və mineral çatışmazlığı hər il dünyada 5 yaşından kiçik 1 milyon uşağın ölümünə və təqribən 50.000 gənc qadının hamiləlik və doğuş zamanı həyatını itirməsinə səbəb olur.


Medicina.az publika.az-s istinadən xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən qidaların zənginləşdirilməsi mövzusuna həsr edilmiş dəyirmi masada səsləndirilib.


Müzakirələrin diqqət mərkəzində bu sahəyə aid qanunvericiliyin hazırlanması dayanıb.


Tədbir mikroqidalandırıcılarla zənginləşdirilməsi mümkün, vacib bir məhsul olan onun məcburi zənginləşdirilməsinə imkan yaradan tənzimləyici və işgüzar mühitin yaradılması istiqamətində regional səylərin tərkib hissəsidir.


Unun zənginləşdirilməsi əhalinin sağlamlıq və məhsuldarlığının artırılması üçün səmərəli, sınanmış bir strategiyadır.


UNICEF nümayəndəsinin müavini Min Yuan qeyd edib ki, dəmir çatışmazlığı bu problemdən əziyyət çəkən bir uşağın məktəbdə məhsuldarlığına olduqca ciddi təsir göstərir. Bu da son nəticədə, əhalinin məhsuldarlığına təsir edir. Ərzaq və qidalanma sistemlərində unun zənginləşdirilməsi kimi müvafiq dəyişikliklərin aparılması yolu ilə ana və uşağın optimal qida ilə təmin edilməsi yoxsulluğun nəsildən-nəslə keçməsinin aradan qaldırılmasında vacib bir rola malik ola bilər.


UNICEF açıqlamasında bildirilib ki, Kopenhagen Konsensusunda bir qrup tanınmış iqtisadçı və səhiyyə mütəxəssisi gəldiyi qənaətə görə, unun mikroqidalandırıcılarla zənginləşdirilməsi xərclərə sosial fayda əmsalı üzrə ölçüldükdə, bütün dünyada əhalinin həyatını yaxşılaşdırmaq üçün ən səmərəli mümkün müdaxilə fəaliyyətlərindən biri olub:


"Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi (MŞA/MDB) regionunda anemiya beş yaşından kiçik uşaqlar arasında əsas ictimai sağlamlıq problemini təşkil edir. Qidada vitamin və mineral çatışmazlığı insanları infeksiya və xəstəliklərə həssas vəziyyətə gətirir. Dünyada bu cür çatışmazlıq hər il 5 yaşından kiçik 1 milyon uşağın ölümünə və təqribən 50 000 gənc qadının hamiləlik və doğuş zamanı həyatını itirməsinə və ildə 200 000 ciddi anadangəlmə qüsurlara şərait yaradır. Bir çox inkişaf etmiş ölkələrdə artıq uğurla sınaqdan keçirilmiş bir təcrübə olan unun dəmir və fol turşusu ilə zənginləşdirilməsi mikroqidalandırıcı çatışmazlığında ciddi şəkildə azalmaya kömək edib. Məsələn, ABŞ, Kanada və Çilidə məcburi olaraq fol turşusu ilə zənginləşdirmənin tətbiqindən sonra ciddi anadangəlmə qüsurlar beş il ərzində üçdə birdən çox azalıb”.