Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qidalarda gizlənən duz – Sizi necə məhv edir?

  • 2023.07.31 15:15
  • 1040 Baxış
Qidalarda gizlənən duz  – Sizi necə məhv edir?

Adi qidalarda çoxlu gizli duz ola bilər ki, onların istifadəsi sağlamlıq problemlərinə səbəb olur.


Gizli duzun, yəni məhsulun tərkibində olan, lakin digər əlavələr səbəbindən hiss olunmayan duzun təhlükələri daha ciddidir.


“Medicina” xəbər verir ki, diyetoloq Yelena Tixomirovnanın sözlərinə görə, bu qidaları tez-tez yeyirsinizsə, ödem və digər sağlamlıq problemlərinə meylli ola bilərsiniz. Xüsusilə, gizli duzun istifadəsinin artması piylənməyə və damar xəstəliklərinə səbəb olur.

Gizli duz nələrdə olur?

• Adətən, həddindən artıq duz qəbulunun mənbəyinə çevrilən qidalar:

• Yolda yeyilən fast food məhsulları - hamburger, pizza, piroq, sendviç və s.
• Restoran və kafelərdən sifarişlə yeməklər.
• Evdə hazırlanmış turşu.

• Pendirlər (mozzarella istisna olmaqla).
• Emal edilmiş ət məhsulları - kolbasa, vetçina və s.

• Hazır şirniyyatlar, desert məhsulları.

Hətta adi şirniyyatlarda gizli duz ola bilər, o, dadını artırmaq üçün şokolad, peçenye və digər qənnadı məmulatlarına əlavə edilir.

Ən duzlu hazır qəlyanaltılardır, adətən pivə ilə istehlak üçün nəzərdə tutulub - çips, kraker, qurudulmuş ət və başqaları şəklində.

Belə qəlyanaltıların istifadəsi damar sisteminə və ürəyə əhəmiyyətli dərəcədə zərər verir”.

Aynur Məmmədova