Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qida zəhərlənməsi zəkaya mənfi təsir edir

  • 2024.04.18 19:30
  • 658 Baxış
Qida zəhərlənməsi zəkaya mənfi təsir edir
Qida zəhərlənməsinə səbəb olan parazitlər orqanizm sağaldıqdan illər sonra da yaddaşa və öyrənməyə təsir edir.

Medicina.az xəbər verir ki, bunu Çexiyadakı Çarlz Universitetinin parazitoloqları və təkamülçü bioloqlarının apardıqları araşdırma üzə çıxarıb.

Onların fikrincə, əvvəllər qida zəhərlənməsi keçirmisinizsə, öyrənmə bacarığınızın və yaddaşınızın zəifləməsi, həmçinin şizofreniya xəstəliyinə tutulma ehtimalınız yüksəkdir. Bir sözlə, qida zəhərlənməsi nəticəsində yaranan dəyişikliklər sağaldıqdan sonra da davam edir.

Mütəxəssislər diqqəti əhalinin böyük bir seqmentinə təsir edən və orqanizmdə uzun müddət yaşaya bilən iki spesifik parazitə yönəldiblər.

Toksoplazma gondii adlanan birincisi, hər il ABŞ-da 800 000 qida zəhərlənməsi hadisəsindən məsuldur.

FDA-ya görə, bu parazit bütün növ ətlərdə tapıla bilər, xüsusilə donuz, quzu və maral ətində olur. Digəri isə hər il ABŞ-da təxminən 476 000 insana təsir edən Lyme xəstəliyindən məsul olan borrelia spp. bakteriyasıdır.

CDC-yə görə, toksoplazma gondii ev heyvanlarından da insanlara keçə bilər. Bu mikrob ətdən başqa, çirkli suda və xəstə pişik nəcisində də olur. Sağaldıqdan sonra belə bu parazit bədəninizi tərk etmir və adətən ömür boyu sizinlə qalır. Əksər insanlarda çox az nəzərə çarpan simptomlar olur, lakin immunitet sistemi zəiflədikdə, qripə bənzər simptomlar üzə çıxır.

“Folia Parasitologica” jurnalında dərc olunan araşdırmada orta yaşı 42 olan 7762 insan arasında sorğu keçirilib. Bu şəxslərdən təxminən 962-si toksoplazma testinin müsbət çıxdığını, 1778-i isə borreliaya yoluxduğunu bildirib. İştirakçıların hər biri şəxsiyyət xüsusiyyətlərini, yaddaşı və idrak qabiliyyətlərini ölçmək üçün hazırlanmış bir sıra testləri tamamlayıblar. Əvvəllər toksoplazma səbəbiylə qida zəhərlənməsi keçirmiş insanların reaksiya müddəti daha yavaş idi və “Stroop Testi” adlı ümumi nevroloji müayinədə daha az düzgün cavab veriblər.

İştirakçıların cavabları daha yavaş və ya daha az dəqiq olduqda, tədqiqatçılar bunu onların yaddaşının və ya intellektinin zəif olduğuna işarə kimi qeyd ediblər.

Tədqiqatın müəllifləri deyirlər ki, onların nəticələri infeksiyaların uzunmüddətli təsirlərinə işarə edir.

Alimlər bildirirlər ki, iştirakçıların fiziki simptomları yaxşılaşdıqdan sonra belə, onların yaddaşı pisləşib, yəni parazit xroniki problemlər yaradıb.


Aysel