"2019-cu ilin iyun, iyul və avqust ayları ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi”nə ümumilikdə 4738 müraciət daxil olub”.
Medicina.az xəbər verir ki, bBu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, müvafiq dövrdə qida zəhərlənmələri ilə bağlı Agentliyə 119 müraciət daxil olsa da, onlardan yalnız 36-sı öz təsdiqini tapıb:
"Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib. Qida zəhərlənmələri ilə bağlı məlumatların 89-u Bakı şəhəri (24-ü öz təsdiqini tapıb), 16-sı Sumqayıt şəhəri, 6-sı Abşeron, 1-i Tovuz, 1-i Xaçmaz, 1-i Quba, 1-i Lerik, 2-si Qəbələ, 1-i Şabran, 1-i İsmayıllı rayonundan daxil olub”.