Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qida zəhərlənmələri ilə bağlı dövlət qurumundan- Xəbərdarlıq

  • 2021.12.13 14:52
  • 2047 Baxış
Qida zəhərlənmələri ilə bağlı dövlət qurumundan - Xəbərdarlıq

Qida Təhlükəsizliyi Agentliyi qida zəhərlənmələrinə qarşı nələrə diqqət edilməli olduğu ilə bağlı əhaliyə müraciət edib.

Medicina.az xəbər verir ki, zəhərlənməmək üçün diqqət edilməli olan məqamlar aşağıdakılardır:


- İstifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək;

- Pasterizə olunmamış süd və süd məhsullarından istifadə etmək;

- Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istehlak etməmək;

- Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuduqdan sonra istehlak etmək;

- Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirmək;

- Yeməkləri günlük olaraq hazırlayıb, artıq qalanını isə bir dəfədən çox isitməmək;

- Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək.