İngilis və kanadalı alimlər, "Microbial Ecology in Health and Disease” adlı elmi məqalələrində qida və yemlərin zərərlərini sübut edərək, yaranacaq gələcək bəlanı bütün dünyaya çatdırdılar.
Medicina.az moderator.az-a istinadən həmin səbəblərdən bir neçəsini təqdim edir:
ERKƏN BAŞ VERƏN ÖLÜM:
2005 - 2006-cı illərdə Rusiya Elmlər Akademiyasının alimləri geni dəyişdirilmiş (GD) soya ilə siçovulları bəslədilər. Bu siçovullar hədsiz dərəcədə kiçik balalar doğdu. Siçovul balalarının əksəriyyəti 3 həftə içində öldü. Nəticələr müxtəlif elmi dərgilərdə və konfranslar olmaq üzrə 100-dən çox ayrı-ayrı ölkədə yayımlandı;
ALLERGİYA:
2004-2005-ci illərdə Hindistanın Madya Pradeş bölgəsində GDO-lu pambıq yığımı ilə məşğul olan yüzlərcə işçilərdə ciddi alergiyalar baş verdi. Elmi araşdırmalar və nəticələri "Science and Society” adlı məqalədə 2006-cı ildə bütün dunyaya çatdırıldı. GDO-lu məhsulları yeyən qoyunlar öldü.
2005-2006-cı illərdə Hindistanın Andra Pradeş şəhərindəki Varangal bölgəsində, dörd ayrı kəntdə GDO-lu pambıq bitkisini yeyən minlərlə qoyun öldü. Bu elmi araşdırmalar və onun acı nəticələri "Science and Society” adlı məqalədə bütün dunyaya çatdırıldı;
AĞ CİYƏRDƏ İLTİHAB:
2005-ci ildə Avstraliyadakı "Commonwealth Scientific and Industrial Research Organizationda” çalışan elm adamları, normalda zərərsiz bir protein sintez edən transgenik soya ilə siçovullar üzərində test apardılar. GDO-lu soya siçovulların ağciyərlərində iltihablaşmaya səbəb oldu və soyanın içərisinə daxil edilən yad proteinin, digər qidalardakı proteinlərlə müqayisədə on dəfədən artıq ağciyərlərdə iltihablaşmanı yaratdı. Elmi araşdırmalar və nəticələri bütün dunyaya çatdırıldı.
2003-cü ildə Filipinin kəndində Monsantonun GDO-lu qarğıdalı sahəsində işləyən kəndlilərində müxtəlif xarekterli xəstəliklər meydana çıxdı. Kəndlilərdən götürülmüş qan nümunəsində laborator müayinələrin nəticəsinə görə həmin şəxslərdə bu qidaya qarşı antikorların olduğu müəyyənləşdi. Bu şəxslərdən beş nəfəri dünyasını dəyişdi, bəzilərinin xəstəlikləri hələdə davam etməkdədir. Elmi araşdırmalar və nəticələri "Science and Society” adlı məqalədə bütün dünyaya çatdırıldı;
Böyrəklərdə və qanda yaranan dəyşikliklər:
2004-ci ildə Monsantonun gizli araşdırma mərkəzi GDO-lu qarğıdalı ilə qidalanan siçanlarda ciddi böyrək və qan xəstəliklərinin olduğunu aşkar etdi. İnəklər öldü.
2001 və 2002-ci illər ərzində, Almanyanın Hesse bölgəsində GDO-lu qarğıdalı yedizdirilən yüzlərlə inəklər öldu. Bundan başqa inəklərin əksəriyyətində bir sıra xəstəliklər meydana çıxdı və xəstə heyvanlar kəsilərək tələf edildi. Elmi araşdırmalar və nəticələri "Science and Society” adlı məqalədə 2006-cı ildə bütün dunyaya çatdırıldı.
Orqan catışmazlığı meydana gəldi.
1998-ci ildə, İsveçrədə Arpad Pusztai və dostları GDO-lu kartofla bəslənən siçovulların bütün orqan sistemlərində patologiyanın meydana gəldiyini sübut etdilər. Elmi araşdırmalar və nəticələri 2003-cü ildə bütün dünyaya çatdırıldı;
Bağırsaqlarda yaranan problemlər:
Həmin ildə (1998) Misirdəki elm adamları oxşar əlamətləri GDO-lu pomidorla qidalanan siçovullarda aşkar etdilər. Nəticələr 1998-ci ildə "Nat Toxins” adlı elmi dərgidə və konfranslar olmaq üzrə bir çox ölkələrdə yayımlandı. Mədədə dəliklər meydana gəldi.