Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq

  • 2018.03.17 14:38
  • 24725 Baxış
Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq
Qida Təhlükəsizliyi Agentliyinin tərkibində Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq.


Medicina.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən "Media və təhlükəsiz qida” mövzusundakı görüşdə deyib.


O bildirib ki, institutda müəyyən standartlara cavab verən laboratoriyalar fəaliyyət göstərəcək:


"Bu instititut qida təhlükəsizliyini təhlil edəcək və məhsulların tərkibini araşdıracaq və onların tərkibini təhlil edəcək. Həmçinin institut geniş modifikasiya edilmiş məhsulları araşdıracaq. Düşünürəm ki, bu bir çox zəhərlənmələrin qarşısını alacaq. Lazımınca bizim öhdəliyimizə düşən bütün tapşırıqları layiqincə yerinə yetirməyə çalışırıq”.