Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır

  • 2018.03.14 14:40
  • 13213 Baxış
Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır
Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır.


Medicina.az oxu.az-a istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.


O deyib ki, proqram yeddi illik dövrü əhatə edəcək:


"Proqram qida zəncirinin bütün mərhələlərini özündə əks etdirəcək. Heyvandarlıq, quşçuluq sahəsində, kənd təsərrüfatında hazırlanan qidaların təhlükəsizliyi tədbirləri nəzərdə tutulur”.


O deyib ki, genetik modifikasiya olunan məhsulların ekspertizası ilə bağlı xaricdə təhsil alan azərbaycanlılar işə dəvət edilib:


"Genetik modifikasiya olunan məhsullarla bağlı tədbirlər proqramda əksini tapacaq”.