Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qida Təhlükəsizliyi Agentliyindən energetik içkilərlə bağlı XƏBƏRDARLIQ

  • 2018.08.04 13:01
  • 8018 Baxış
Qida Təhlükəsizliyi Agentliyindən energetik içkilərlə bağlı  XƏBƏRDARLIQ
Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir.


Agentlikdən BakuPost-a verilən məlumata görə, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən energetik içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:


"Məhsulu alarkən onun tərkibi ilə tanış olun. Energetik içkilərin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır. Energetik içkilər spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir".


Agentlikdən qeyd edilib ki, energetik içkilər artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər. Eyni zamanda, energetik içkilərin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.