Marketdən 150 qr istənilən qida jelatini alın. Axşamdan 5 qr ( 1 çay qaşığı yarım) jelatini qaynanmış, ilıq suda həll edin. Otaq temperaturunda saxlayın. Jelatin qabarıb şişən kimi, kütlə jeleyə çevriləcək. Səhər acqarına bu qarışımı içib udun. Əgər dadı xoşunuza gəlməsə ona bal qata bilərsiz.
Proseduru 7 gün ardıcıl edin.
Daha çox çinlilərin içdiyi jelatini qəbul edənlər etiraf edir ki, bu resept sümük, bel, onurğa, çiyin, ayaq ağrılarını aradan qaldırır. Jelatin oynaqların arasında olan jele kimi yapışqanlı maddəni bərpa edir.
Medicina.az xəbər verir ki, jelatin heyvan mənşəli maddədir, iribuynuzlu heyvanların birləşdirici toxumalarından alınır və onsan orqanizmi tərəfindən yaxşı mənimsənilir. Üstəlik onda iki amin turşusu – prolin və hidrosiprolin vardır. Onlar orqanimzdə birləşdirici toxumanı yaxşı bərpa edir.
Jelatinin daxilə qəbulunun faydaları:
-Ürək əzələsini bərkidir
-Maddələr mübadiləsini yaxşılaşdırır
-Dərini sağlamlaşdırır
-Saç, dırnaqları möhkəmlədir
-Bağlara, sümük arasına və birləşdirci toxumaya elastiklik verir
-Əl-ayaq hərəkətliliyini yaxşılaşdırır
-Sümük əriməsinə qarşıdır
-Köhnə travmaları sağaldır
Bahalı maz, krem və ağrıkəsiciləri əvəz edəcək.