Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəzzada ölənlərin sayı 48 min 365-ə çatdı - FOTO

  • 2025.02.27 16:25
  • 189 Baxış
Qəzzada ölənlərin sayı 48 min 365-ə çatdı -  FOTO

Qəzzada can itkisi 48 min 365-ə yüksəlib.

Medicina.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi ölən və yaralananlarla bağlı son məlumatı paylaşıb.

Açıqlamada son 48 saatda dağıntılar altından çıxarılan 17 nəfərin cəsədinin xəstəxanalara çatdırıldığı, 19 nəfərin yaralandığı bildirilib.

İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən atəşkəsin elan olunduğu 19 yanvara qədər davam edən hücumlarında həyatını itirən fələstinlilərin sayının 48 min 365, yaralıların sayının isə 111 min 780 olduğu vurğulanıb.



Aygün
Medicina.az