Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin ofisi İbn Sina Xəstəxanasından 6 tibb işçisinin saxlanıldığını bildirərək, tibb işçilərinə qarşı artan zorakılığa diqqət çəkib.
"Medicina" xəbər verir ki, İbn Sina Xəstəxanasından çıxan 6 səhiyyə işçisi bu gün axtarışa verilib və saxlanılıb. Bundan əlavə, 3 təcili yardım maşınında axtarış aparılıb. Oktyabrın 7-dən bəri təkcə Qərb Sahilində səhiyyə xidmətlərinə 170-dən çox hücum edilib".
ÜST tibb işçilərini və səhiyyə müəssisələrini qorumağa çağırış edib.
Aygün