Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəzzada Hepatit epidemiyası baş alıb gedir

  • 2024.07.30 23:15
  • 1317 Baxış
Qəzzada Hepatit epidemiyası baş alıb gedir
İsrailin hücumlarının başladığı vaxtdan - ötən ilin oktyabrın 7-dən bu yana Qəzzada 40 min Hepatit faktı aşkar edilib.

Medicina.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatından (BMT) bildirilib.

Məlumata görə, Qəzzada hər həftə 800 ilə 1000 arasında Hepatit hadisəsinə rast gəlinir.

Qeyd edilib ki, susuz, qidasız qalan Qəzzada qeyri-kafi gigiyena şəraiti Hepatit A da daxil olmaqla, bir çox xəstəliyin yayılmasını asanlaşdırır.

İsrail ordusunun hücumları nəticəsində infrastrukturu dağıdılan Qəzzada təmiz suya çıxışın demək olar ki, qeyri-mümkün olduğu, gigiyena probleminin isə gün keçdikcə daha da böyüdüyü vurğulanıb.


Aysel