Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəzzada fəlakət yaşana bilər: poliomielit virusu aşkarlandı

  • 2024.07.19 13:53
  • 1151 Baxış
Qəzzada fəlakət yaşana bilər:  poliomielit virusu aşkarlandı
Qəzzada Səhiyyə Nazirliyi çirkab sularında poliomielit virusunun aşkarlandığını açıqlayıb.

Medicina.az xəbər verir ki, bunun əsl sağlamlıq fəlakətinin xəbərçisi olduğu bildirilib.

Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ilə koordinasiyalı olaraq çirkab sulardan götürülən nümunələr üzərində aparılan müayinələr nəticəsində uşaqlarda fəlcə olan dəhşətli virus aşkarlanıb.

Açıqlamada infrastrukturun dağıdılması səbəbindən insanların yaşadığı yerlərdə və çadırların arasında çirkab sularının yığıldığı, buna görə də minlərlə insanın poliomielit xəstəliyinə yoluxma riskinin olduğu bildirilib.

Su qıtlığı və tonlarla zibilin yığılması, eləcə də İsrailin təmizlik materiallarının ölkəyə daxil olmasına mane olması səbəbindən əsl sağlamlıq fəlakətinin baş verə biləcəyi xəbərdarlığı edilib.

Bəyanatda İsrailin hücumlarının dərhal dayandırılması, insanların təmiz su ilə təmin edilməsi, kanalizasiya xətlərinin təmir olunması və köçkünlərin məskunlaşdığı yerlərdə əhalinin sıxlığının azaldılması tələb edilib.

Qeyd edək ki, poliomielit kəskin virus xəstəliyi olub, onurğa beyni və beyin sütununun boz maddəsinin zədələnməsi, süst parez və ifliclərlə özünü göstərir.


Aysel