Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəzzada ərzaq qıtlığı - 60 mindən çox uşaq...

  • 2025.04.11 11:05
  • 391 Baxış
Qəzzada ərzaq qıtlığı -  60 mindən çox uşaq...

BMT sözçüsünün müavini Farhan Haq 60 mindən çox uşağın qida çatışmazlığı ilə mübarizə apardığını vurğulayıb.

Medicina.az xəbər verir ki, İsrailin hücumu altında olan Qəzzada humanitar vəziyyət dərinləşir.



BMT mətbuat katibinin müavini Farhan Haq gündəlik mətbuat brifinqində danışıb.

Haq BMT-nin regiondakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisindən (OCHA) aldığı məlumatlara istinad edib.

Haq vurğulayıb ki, lazımi ləvazimatların Qəzzaya daxil olması üçün keçidlər təcili olaraq açılmalıdır.

O, Qəzzada 60 mindən çox uşağın qida çatışmazlığı ilə mübarizə apardığını bildirib.



Köçkünlərə ev sahibliyi edən sığınacaqların da ciddi su məhdudiyyətləri ilə üzləşdiyini deyən Haq, əhalinin sağlamlığı üçün təhlükə yaradan təmizlik ləvazimatlarının da olmadığını söyləyib.



Aygün
Medicina.az