Qəzaya düşən Xızı rayon prokruoru Xəyalə Aslanovanın son durumu məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, xanım prokurorun vəziyyəti ağırdır. O, Sumqayıt Tibb Mərkəzində reanimasiya şöbəsinə yerləşdirilib.
Xatırladaq ki, bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.