Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəzaya düşən Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu

  • 2020.11.16 10:40
  • 1628 Baxış
Qəzaya düşən Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu

Azərbaycan Milli qəhrəmanı, polkovnik-leytenant Məhəmməd Həsənov yol qəzasına düşüb.

M.Həsənovun oğlu Rəhim Həsənov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, noyabrın 9-da atası Məhəmməd Həsənov Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəzaya düşüb.

M.Həsənov hazırda Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunsa da, vəziyyəti ağırdır: “Atam süni tənəffüs aparatına qoşulub. Burada həkimlər əllərindən gələni etdilər. Amma vəziyyəti ağır olaraq qalır. Fikirləşirik ki, bəlkə daha yaxşı şəraiti və texniki imkanları olan xəstəxanaya köçürülsə, atamı xilas etmək olar”.

Xatırladaq ki, Məhəmməd Həsənov Birinci Qarabağ Müharibəsində özünün yaratdığı könüllülərdən ibarət Goranboy Birinci Özünmüdafiə taborunun komandiri olub. Bu tabor M.Həsənovun rəhbərliyi ilə Goranboyun kəndlərini işğaldan qoruyub və Şaumyan kəndini, Ağdərənin bir neçə kəndini işğaldan azad edib. Daha sonra isə 019 saylı (ləğv edilib-red.) hərbi hissənin komandiri olub.