Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəza zamanı daha çox bu qan qrupu olan insanlar ölür - Araşdırma

  • 2018.05.04 22:34
  • 18357 Baxış
Qəza zamanı daha çox bu qan qrupu olan insanlar ölür -  Araşdırma
Ağır qəzalar zamanı birinci qrupdan olan insanların ölüm riski digər qan qrupları ilə müqayisədə üç dəfə çoxdur.

 

Medicina.az xəbər verir ki, bu barədə yapon alimləri məlumat veriblər. Çünki bu qan qrupundan olan insanların yaraları daha gec bərpa olunur. Bu vəziyyətdə birinci qrup qanı olan şəxslərin ölüm ehtimalı 28 faizdir. Digər qruplarda isə bu göstərici 11 faiz təşkil edir.


Buna səbəb kimi alimlər bu qrupdan olan qanın laxtalanmasının səviyyəsinin zəif olmasını göstəriblər.