Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəza keçirən aparıcının səhhəti ilə bağlı TƏBİB-dən AÇIQLAMA

  • 2024.04.17 17:12
  • 812 Baxış
Qəza keçirən aparıcının səhhəti ilə bağlı   TƏBİB-dən AÇIQLAMA


Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.


TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.


2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.


2006-cı il təvəllüdlü şəxsə isə baş-beyinin ocaqlı travması, döş qəfəsinin səthi travması, boğazın digər və dəqiqləşdirilməmiş travmaları və s. diaqnozları təyin edilib.


Həkimlərin səylərinə baxmayaraq, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.