Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qeysəriyyə ilə uşaq dünyaya gətirdi, 1 gün sonra öldü

  • 2025.02.17 10:30
  • 395 Baxış
Qeysəriyyə ilə uşaq dünyaya gətirdi,  1 gün sonra öldü

Şəkidə qadın doğuşdan sonra ölüb.

“Qafqazinfo” xəbər verir ki, Zunud kənd sakini 1998-ci il təvəllüdlü Nigar Kərəm qızı Qarayeva fevralın 14-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

Səhhəti pisləşən qadın fevralın 15-də xəstəxanada vəfat edib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.