Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qeysəriyyə əməliyyatından sonra yaranan 5 suala cavab

  • 2023.03.09 14:51
  • 2655 Baxış
Qeysəriyyə əməliyyatından sonra yaranan  5 suala cavab

Son illərin statistikası göstərir ki, müasir analar təbii doğuşdan çox qeysəriyyə əməliyyatına üstünlük veririlər.
Adətən bu əmliyyatdan sonra anaları daha çox bu suallar maraqlandırır.


“Medicina” 5 məşhur suala ginekoloq cavabını təqdim edir.

- İdman ilə məşğul olmaq olarmı?

Döğuşdan 6 həftə sonra yavaş və sakit məşqlərdən başlamaqla adi məşq rejiminə keçə biləcəksiniz. Lakin həkimin müsbət cavabına baxmayaraq, nəzərə almaq lazımdır ki, kilolu olduğunuz halda hətta gəzinti də qarın nahiyyəsinə təyiq göstərir. Sizin üçün hansı idman hərəkətlərinin uyğun olub-olmadığını treneriniz daha yaxşı bilir.

- Növbəti övladımı nə vaxt dünyaya gətirə bilərəm?

Adətən, çox ağrıya səbəb olan doğuşdan dərhal sonra qadınlar ikinci uşağın doğulması barədə düşünmürlər. Lakin qeysəriyyə əməliyyatından 6 ay sonra yenidən hamilə qalmağı məsləhət görürlər.

- Çapıqlar sağaldıqdan sonra bir müddət xüsusi şalvar geyinməliyəm?

- Çox dar paltar geyinərkən qarın və çanaq nahiyəsinə təzyiq, xüsusilə də artıq çəkiniz varsa, yırtıq şansını artırır. Ona görə də doğuşdan sonra qarderobunuza xüsusi diqqət yetirmək lazımdır.

- Yara sağalmasına nə mənfi təsir göstərə bilər?

- Hər hansı bir əməliyyatdan sonra orqanizmin sağalması üçün bir qədər vaxt lazımdır. Həkimin icazəsi olmadan ev işləri görmək təhlükəlidir.

- Kəsik yerində ağrı hiss etsəm narahat olmalıyam?

- Əməliyyat uğurlu keçməsinə baxmayaraq , ağrılar şiddətlidirsə həkimə müraciət etmək mütləqdir.

Günay Q