Avstraliyada doğulan və Bettie Bee adı verilən pişik qısa müddətdə internet fenomeni olub.
Medicina.az xəbər verir ki, 15 günlük olan pişiyi bu qədər məşhurlaşdıran isə iki üzünün olmasıdır.
Körpə pişik həyatda çətinliklə də olsa qalmağa çalışır. 3 gözü, iki ağzı və iki burnu olan pişiyin sahibi, onu fərqli borularla qidalandırdığını bildirib.
Bu günə qədər digər normal pişiklər kimi davranan balanın bir gözü açılsa da, digər iki gözü qapalı olaraq qalır. Veterinarlar bu pişiyin nə qədər yaşayacağını deməyə çətinlik çəkdiklərini qeyd ediblər:
"Daha əvvəl belə doğulan pişik 15 il yaşadı. Nadir görülən hadisədir. Ola bilsin ki ölməsin”.