Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qeyri-adi çay – Ulunun faydası nədir?

  • 2024.02.05 19:21
  • 1430 Baxış
Qeyri-adi çay – Ulunun faydası nədir?

Ulun çay çox zaman yaşıl çayla səhv salınır, ikisi də açıq rəngdir, lakin ulun çay fərqlidir və başqa texnologiya ilə istehsal olunur.


“Medicina” xəbər verir ki, ulun çayında olan katexinlər daxili piyləri yandırır və arıqladır.


Çay tanin, mineral və vitaminlərlə zəngin olub, antioksidant təsiri göstərir.
Ulun çayı damarların tonusunu artırır, qanda xolesterini salır, ürək-damar xəstəliklərinin qarşısını alır.

Bu çay onurğaya, sümük-əzələ sisteminə də yaxşı təsir edir, duzları əridir, kariyes, ostexondroza qarşıdır.

Beynin funksiyasını stimulə edir, qəhvədən yaxşı təsir göstərir.

Deyilənə görə, ulun çaydan sonra xoşbəxtlik hormonu artır, insan özünü yaxşı hiss edir, əhvalı yüksəlir, polifenollar isə xərçəngə səbəb olan sərbəst radikalları zərərsizləşdirir.

Ulun mədə-bağırsaq iltihabını sağaldır, təzyiqi normallaşdırır, gümrahlıq verir.

100 faydası olan bu çay hamilələrə, ürək-damar xəstələrinə, uşaqlara, qanazlığı olanlara qadağandır.

Aygün Musayeva