“Qurbanlıq heyvan kəsimini aparacaq şəxslər həkim müayinəsindən keçməlidirlər”.
Medicina.az xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentlinin şöbə müdiri Qalib Əbdüləliyev məlumat verib.
O bildirib ki, kəsimi aparacaq qəssab tələblərə cavab verməlidir:
“Bu şəxslərdən COVID-19 pasportunun olması və ya artıq bir dəfə vaksinasiya olunması, birinci dozanı qəbul etməsi tələb olunacaq. Qəssablar kəsimdən əvvəl kəsim müəssisəsində yoxlanıldıqdan sonra onların məntəqədə fəaliyyət göstərməsinə imkan veriləcək”.