Gənəgərçək yağı dəri xəstəlikləri və əzələ ağrılarını müalicə edir, immun sistemini möhkəmləndirir.
Antiviral, antibakterial və iltihab önləyici vasitədir. Limfatik sistemini stimullaşdırır və iltihabı aradan qaldırır.
Medicina.az xəbər verir ki, bu yağ ilə həmçinin əzələ ağrılarını və qəbizliyi aradan qaldıra bilərsiniz.
İnqrediyentlər:
Çox köhnə dəsmal;
Böyük bir parça tənzif və ya pambıq parça;
Polietilen;
Gənəgərçək yağı.
Qeyd edək ki, ilk olaraq dəridə test edin ki allergik reaksiyasının olub-olmamasını öyrənin.
İstifadə üsulu:
Tənzif parçasını 3 qat qatlayın və onu otaq temperaturunda olan gənəgərçək yağı ilə isladın. Qəbizliyi müalicə etmək üçün uzanıb ayaqlarınızı yuxarı qaldırın və nəmli tənzif bezlərini qarnınıza qoyun, polietilen ilə örtün və üstünə isti kompres qoyun.
Qarnınızı sarımaq üçün dəsmal istifadə edin, çünki yağ axa bilər. 45 dəqiqə kompres qoyun, sonra isə dərini su və sabunla təmizləyin.
Hər axşam bu proseduru təkrarlayın. Əzələ ağrılar aradan qaldırılması üçün kompresi bir müddət ağrıyan əzələnin üzərində saxlayın.