Çin dilindən bu bitkinin mənası həyat kökü deməkdir.
Jenşen, adam otu kökü gənclik və uzun ömür eliksirlərində yer alıb.
Qədim dövrün loğmanları onu yüksək qiymətləndiriblər və həqiqətən də jenşen bütün orqanizmə yaxşı təsir edir, çox xəstəliklərdə müalicəvi təsiri var.
Jenşen kökünün spirtdə məhlulu, suda dəmləməsi, balda qarışımı, cövhər şəklində istifadə olunur.
Apteklərdə də Jenşen tərkibli spirtdə məhlul, cövhəri var. Əgər beləsini tapsaz əldə edin.
Jenşen kökü özü bahalı kökdür.
Medicina.az jenşenin spirtdə cövhərinin faydalarını təqdim edir:
- Ümumi möhkəmləndirici, tonizə edici, enerji verir
- İmmunmodulyator, immuniteti möhkəmləndirir
- Maddələr mübadiləsini tənzimləyir
- Ürək və damarların işini aktivləşdirir
- Stressə qarşıdır, emosional vəziyyəti yaxşılaşdırır
- Dərinin, saçların keyfiyyətini təmin edir
- Qanda xolesterini azaldır
- Şəkəri salır
Nəyə görə jenşen belə möcüzəvi təsiri nə ilə əlaqədardır?
Onun tərkibində kaliy, dəmir, fosfor, kalsium, A, B, E, F vitamini, 100dən çox bioloji aktiv maddə, efir yağları var.
Hansı xəstələrə jenşen kömək edər?
- Depressiya, nevroz
- Maddələr mübadiləsi pozğunluğu
- Həzm orqanları xəstəlikləri
- Anemiya, qanazlığı
- Ateroskleroz
- İmpotensiya
- Ürək-damar xəstəlikləri
- Şəkərli diabet
- Göz problemləri
- Qadınlarda cinsi həvəssizlik, sonsuzluq
Jenşen cövhəri lazımdır
Mehdiyev
İntiqam
NASTOYKA JENSENA MECUNU ALMAQ ISTEYIREM