Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qənirə Paşayevanın son durumu necədir?

  • 2023.09.27 15:06
  • 2656 Baxış
Qənirə Paşayevanın son durumu necədir?

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinikanın ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Kompleks müayinə və müalicə tədbirləri aparılır.

Ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir.


"Medicina" xəbər verib ki, sentyabrın 23-də millət vəkili Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub. Deputatın səhhəti ilə bağlı məsələlər ilk gündən Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.


Heydər Əliyev Fondunun əməkdaşları Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədən konsultasiyaya cəlb edilmiş həkim mütəxəssisləri ilə daim əlaqədədir. Bakıya dəvət edilmiş türkiyəli həkimlə yanaşı, mütəmadi olaraq qardaş ölkədə olan digər həkimlərlə də videobağlantı formatında məsləhətləşmələr aparılır.



Növbəti konsilium zamanı Qənirə Paşayevanın səhhəti ilə bağlı vəziyyət bir daha dəyərləndirilib. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəraitində tələb olunan müalicə protokollarına yeni dərmanlar da təyin edilib.