Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qənirə Paşayeva üçün həlledici sutka - Komanın səbəbi, gedişatı, sonu...

  • 2023.09.25 14:40
  • 19591 Baxış
Qənirə Paşayeva üçün həlledici sutka  - Komanın səbəbi, gedişatı, sonu...
Millət vəkili Qənirə Paşayeva bir çox ehtimallara görə dərmandan komaya düşüb.

Bu cür adamlar həmin an ölə, təcili reanimasion tədbirlər göstərilərsə, 3 gün ərzində komadan çıxarıla bilər.

Medicina.az hazırda millət vəkili üçün həlledici saatların yaşandığı bir vaxtda aktual olan komanın səbəb və gedişatını təqdim edir.

Koma – huşun, zehnin tamam itməsi və xəstənin ətraf aləmlə təmas və reaksiyasının kəsilməsi ilə başlayan baş beyin strukturunun zədələnməsidir.

Komanın səbəbi metabolik – hər hansı maddə, dərman, qida, kimyəvi birləşmə ilə güclü zəhərlənmə və orqanik, yən fiziki zədələnmə ola bilər.

Əsas simptomları: huşsuz vəziyyət, gözlərdə reaksiyanın olmaması, işığa həssaslığın itməsi, xəstənin bədəninin tam hərəkətsiz olmasıdır.

Komanın diaqnostikası qan təhlili, KT, MRT ilə aparılır. Həlledici məqam xəstənin hansı səbəbdən bu vəziyyətə düşməsini təyin etməkdir.

Komada olan xəstəni hətta təcili yardım və reanimasiion tədbirlərlə, intensiv stimulyasiya ilə ayıltmaq mümkün olmur.

O, gözlərini açmır, qapalı olur, heç bir ağrıya, şok terapiyaya belə cavab vermir.
Sinir sistemi demək olar ki, sönür.
Digər əlamətlər, reflekslər, tənəffüs göstəriciləri artıq ikinci dərəcəlidir.
90% hallarda xəstə süni tənəffüs aparatına qoşulur.
Qədim Yunanıstan və Romada buna dərin yuxu deyilir.
Çünki koma zamanı beynin oyanma hissinə cavabdeh hissəsi sanki “sönür”.

Koma xəstəlik, ayrıca patologiya və ya diaqnoz deyil, o ağırlaşmadır, sanki beynin dünya ilə rabitəsini quran sinir hüceyrələri zədələnir.


Kimyəvi zəhərlənmədə koma 2 səbəbdən olur:

Daxili – orqanizmin daxilində metobolik məhsulların təsirindən. Məsələn, şəkərin qalxması, düşməsi, qanda oksigenin azalması, qaraciyərin toksinləri və s.

Xarici – kənardan orqanizmə ya qida, maye, ya tənəffüs, ya da inyeksiya ilə yeridilən yüksək dozalı, zəhərli və ya keyfiyyətsiz maddə, dərman və s.

Bura narkotik maddələr, yuxu dərmanları, neyrotrop zəhərlənmə, toksinlər, dərmanlar və s. aiddir.

Həkim mütləq xəstənin yaxınını, şahidləri sorğu etməlidir, xəstənin əvvəl halı necə olub, hansı xəstəliyi var, hansı dərmanları içib, son sutkada nə edib.

Ən vacib differensial diaqnostika xəstənin gözünün işıq, ağrı və səslərə reaksiyasıdır. Əgər xəstədə qeyri-iradi reaksiya varsa, bu koma deyil.

Göz bəbəklərinin işığa reaksiyası ilə həm beynin zədələnmə yerləşməsi, həm də çarpaz olaraq komatoz vəziyyətin səbəbini təyin etmək olar.

Daralmış, nöqtəli bəbək alkoqol və narkotika zəhərlənmədə olur.

Geniş bəbəklər komanın son sərhədidir, orta beynin zədələnməsini göstərir.

Müalicə ürək, ağciyər, böyrəklərin funksiyasını dəstəkləmək, beyini qorumaq və komanın səbəbini aradan qaldırıb onu bədəndən təmizləmək.

Xəstənin komadan çıxması yaşından, orqanizminin sağlamlıq dərəcəsindən, komanın dərəcəsindən, səbəbdən, beynin zədələnmə səviyyəsindən, komanın dərəcəsindən asılıdır.
I dərəcədə proqnoz yaxşıdır, II və III dərəcədə şübhəlidir, IV dərəcə 99% halda ölümlə nəticələnir.

Qənirə Paşayevanın komaya düşmə səbəbi dəqiq açıqlanmır, ehtimallara görə, o hansısa tibbi vasitələrdən istifadə edib. Xəstənin heç bir reaksiya verməməsi II və III dərəcəni göstərir.

Süni tənəffüs aparatına qoşulması xəstənin digər həyat funksiyalarını qorumaq məqsədi daşıyır.
Vəziyyəti ilk 3 sutkada ağırlaşmazsa, stabilləşərsə, beyin ətraf mühitə hələ qayıtmasa belə, 10 gündən də çox aparatda saxlanıla bilər.

Aygün Musayeva
Medicina.az