Millət vəkili Qənirə Paşayeva "karpal tunel” sindromundan əziyyət çəkdiyi üçün əməliyyat olunub.
Medicina.az xəbər verir ki, bu barədə onun bacısı Kəmalə Paşayeva məlumat verib. Deputatın Türkiyənin Memorial Şişli Xəstəxanasında əməliyyat olunduğunu deyən K. Paşayeva Q. Paşayevanın vəziyyətinin hazırda yaxşı olduğunu bildirib: "Hazırda hər şey yaxşıdır, özünü yaxşı hiss edir. Memorial Şişli Xəstəxanasının dəyərli həkim kollektivinə və sizlərə bir daha təşəkkür edirik”.
Qeyd edək ki, Qənirə Paşayeva dünən Türkiyədə əməliyyat olunub. O, xəstəliyini gizli saxlayıb.