Millət vəkili Qənirə Paşayeva Türkiyədə əməliyyat olunub.
Medicina.az xəbər verir ki, bu barədə Əməkdar artist Aybəniz Haşımova məlumat verib. O, deputatın hər kəsdən xəbərsiz əməliyyata girdiyini qeyd edib.
"Əməliyyat olunmasından xəbərim olmayıb. Birinə bir şey olanda hamıdan qabaq harayına qaçır. Özünün canı ağrıyanda, yaxud əməliyyata düşəndə isə bizim xəbərimiz olmur. Niyə onun yanında olmamalıyıq? Qənirə xanım, siz Azərbaycana gərəksiniz. Xəbərim olmadığı üçün çox üzr istəyirəm. Yastığınız yüngül olsun".