Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qənirə Ataşovadan Səhiyyə Nazirliyinin siyahısına reaksiya - Kimlərə haqsızlıq olundu?

  • 2025.04.18 18:08
  • 172 Baxış
Qənirə Ataşovadan Səhiyyə Nazirliyinin siyahısına reaksiya -  Kimlərə haqsızlıq olundu?

Hazırda Amerikada yaşayan jurnalist Qənirə Ataşova ötən gün Səhiyyə Nazirliyi tərəfindən fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısına ilginc reaksiya verib.

Medicina.az xəbər verir ki, jurnalist siyahıda məşhur cərrahların adının olmamasına təəccübünü gizlətməyib:

“Səhiyyə Nazirliyi plastik cərrahiyə ilə bağlı siyahını nəhayət dərc etdi. Bəs sizcə, kimlərə haqsızlıq oldu? Mən bəzi təcrübəli həkimlərin adını orada görməyəndə azacıq intriqa qoxusu aldım. Amma yaxşı tərəfi də var: artıq plastik cərrah sertifikatı “bazarlığına” həvəs qalmayacaq. Kimsə satmaz, kimsə də almaz, inşallah. Və ən əsası – ümumi cərrahların haqlı olduqları sahədə işləməsinə nəhayət sənədli-sübutlu icazə verildi. Gözümüz aydın!”



Xatırladaq ki, ötən ilin noyabrında jurnalist Qənirə Ataşova saxta yollarla plastik cərrahiyə şəhadətnaməsi alan bəzi estetik cərrahlarla bağlı siyahı dərc etmişdi. Həmin siyahıda 49 cərrahın adı qeyd olunmuşdu. Maraqlıdır ki, Qənirə Ataşovanın sonradan müdafiə etdiyi, məşhur plastik cərrahlar Dilqəm Məhərrəmov və Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının Plastik-estetik cərrahiyyə şöbəsinin müdiri, plastik cərrah Mirsaleh Abdullayev Səhiyyə Nazirliyinin açıqladığı rəsmi siyahıya daxil edilməyiblər.