Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəlyanda xərçəng yaradan maddələr var – Bir qəlyan 12 siqaretə bərabərdir

  • 2019.08.19 16:53
  • 6726 Baxış
Qəlyanda xərçəng yaradan maddələr var –  Bir qəlyan 12 siqaretə bərabərdir
Kişilər və qadınlar arasında bədə çevrilən qəlyan çəkmək deyildiyi kimi siqaretdən az zərərli yox, əksinə çox zərərlidir. 


Medicina.az xəbər verir ki, Kaliforniya universitetinin alimləri xəbərdarlıq edib ki, qəlyan sevənlər daha çox dozada müxtəlif zərərli kanserogen birləşmələr udur. 


Belə bir mif yayılıb ki, giya qəlyanda  su tüstünü və zərərli maddələr  filtrə edir və zərərli olmur. Lakin təcrübə göstərir ki, əskinə sudan keçdikdə elə zərrəciklər yaranır ki, onlar ağciyərlərin ən dərin qatlarına gedib çıxır. Bir dəfə qəlyan tüstüsünü sinəyə çəkmək 1 ədəd siqaret çəkməyə bərabərdir. 

Dəqiqələlər, bəzən 15-20 dəqiqə çələn qəlyan 10-12 siqareti əvəz edir.


Nikotindən əlavə qəlyanla orqanizmə benzol, karbon oksid, qliserin qəbul olunur. Bunlar da ağciyər və qan damar sistemində xəstəliklərə, eləcə də xərçəngə səbəb olur.

Ona görə siqaret yox, qəlyan çəkməklə nikotini azaldanlar böyük səhv edir və qəlyan yaxın gələcəkdə onu çəkənlər üçün ciddi fəsadlar yaradacaq.

 


Qəlyanda xərçəng yaradan maddələr var –  Bir qəlyan 12 siqaretə bərabərdir
Qəlyanda xərçəng yaradan maddələr var –  Bir qəlyan 12 siqaretə bərabərdir