Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

«Qəlb qırılması” sindromu xərçəng riskini artırır - Ürəyi sınanlar ehtiyatlı olsun

  • 2019.07.19 16:28
  • 12523 Baxış
«Qəlb qırılması” sindromu xərçəng riskini artırır -  Ürəyi sınanlar ehtiyatlı olsun
"Ürək qırğınlığı, sınması” sindromu həqiqətən var və yer üzündə hər 1000 nəfərdən 5-də rast gəlinir. Sınıq qəlb sindromundan əziyyət çəkən hər 6-cı insan isə yaxın 5 ildə xərçəngə tutulmaq riski ilə üz-üzədir.


Medicina.az xəbər verir ki, bu sindrom daim güclü stress, həyəcan, emosional gərginlik keçirən insanlarda olur və bu təsirlərdən ürəkdə müvəqqəti anomal dəyişikliklər baş verir, ürək zəifləyir. İnsan təngnəfəslik, boğulma, ürək tutmasından şikayətlənir, sanki nəfəsi çatmır, ürəyindən şübhələnir.


1605 nəfər sınıq qəlb sindromlu pasiyentin 267 nəfərində xərçəng aşkarlanmışdır.  Qadınlarda çox süd vəzi xərçəngi rast gəlinib. Eləcə də dəri, ağciyər, mədə-bağırsaq şişləri. 


Eləcə də bir çox xəstələrdə fiziki travma və tibbi müdaxilə, ürək və ağciyərlərdə hər hansı müalicə və əməliyyatdan sonra xərçəng xəstəliyi oyanmışdır.