Qəhvə öz dadı və zövqü ilə əvəzolunmaz içkidir. Ona limon sıxmaqla bədəndəki yağları əridə bilərsiniz.
Çoxlarımız bilirik ki, qəhvə tərkibindəki kofein sayəsində maddələr mübadiləsini sürətləndirərək yağ yandırmağa kömək edir.
Ancaq bu üsul sayəsində təsir ikiqat artacaq.
Qəhvənin içinə bir neçə damcı limon sıxdığınız zaman onun dadını dəyişə və sağlamlığınıza müxtəlif faydalar verə bilərsiniz.
Limonun turşu quruluşu həzmi asanlaşdırsa və həzm problemlərinə yaxşı gəlsə də, qəhvənin tərkibindəki təbii kofeinlə birləşdikdə bu təsir daha da güclənir.
Bundan əlavə, hər iki inqrediyentdə güclü antioksidantlar olduğu üçün immunitet sistemini dəstəkləyərək bədəni qoruyur. Beləcə qocalma əlamətləri ləngiyir və immunitet güclənir.
Qəhvənin acılığı limonun təravətləndirici turşluğu ilə balanslaşdırılaraq fərqli dad yaradır. Qəhvə və limonun birləşməsi maddələr mübadiləsini sürətləndirərək arıqlama prosesini dəstəkləyir.
Aygün
Medicina.az