Çikoriy – qədim dövrdən məlum olan və hazırlanan içkidir. Hələ qədim Misirdə fironlar onu şirələrə qatıb içərdilər.
Hazırda isə rəngi də, quruluşu də qəhvəyə bənzər Çİkoriy içkisi qəhvə içənlər üçün sağlam əvəzedicidir. Bu içkidə qəhvənin yaratdığı əlavə təsirlər olmur və o müalicəvidir.
Medicina.az xəbər verir ki, həkimlər çikorinin yüksək təzyiqi saldığı, qanda şəkəri azaltmağı, qatı qanı durulaşdırması barədə açıqlama verib.
Çay və qəhvənin zərərli olduğu xəstələr məhz çikoriy içə bilər.
Çikoriydə kofein yoxdur, ona görə o təzyiqi qaldırmır.
Əksinə onu normallaşdırır.
Bu içki yumşaq sidikqovucudur, təzyiqi salmağa kömək edir.
Ürək ritmi pozulmasında da çikoriy faydalıdır.
Diabet xəstələri üçünsə bu içki dərmandır. Çünki onda çox miqdar inulin var ki, bu da dadına görə şirindir. Lakin o, qanda şəkəri qaldırmır. II tip diabetdə çikoriy qanda şəkəri normallaşdıra da bilər.
İnulin həm də bağırsaqdakı faydalı bakteriyalar üçün yaxşı qidadır və onları çoxaldır. Ona görə də, mikrofloranı bərpa etmək üçün də disbakteriozda çikoriy içmək lazımdır.