Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəhvənin ən düzgün içilmə qaydası

  • 2023.06.07 18:53
  • 1272 Baxış
Qəhvənin ən düzgün içilmə qaydası
Əgər qəhvəni düzgün içilmə şərtlərinə əməl etməsəniz, o sizə zərər verəcək.

Artıq həkimlər təbii qəhvənin bədənə faydalı təsir göstərdiyi ilə razılaşırlar: o, qaraciyəri qoruyur, demensiyanın inkişaf riskini azaldır, ürək-damar sistemini gücləndirir, 2-ci tip diabetdən qoruyur.



“Medicina” xəbər verir ki, əslində, diyetoloq Zuxra Pavlovanın sözlərinə görə, qəhvəni istifadə edərkən bu qaydalara əməl etmək lazımdır:


1.Yeməklə bərabər içilməməlidir. Bütün fast food restoranları içki kimi kapuçino təklif edir, o, burger, kartof qızartması, desertlərlə birləşdirilir. Evdə səhər yeməyində, yumurtadan sonra bir fincan isti qəhvə içirik. Təəssüf ki, bu yanlışdır, kofein naharda olan faydalı şeylərin mənimsəməsinə mane olur.

Kofein çoxlu sayda qida maddəsini, ilk növbədə dəmir, kalsium və maqneziumu bloklayır, onların qidadan udulmasına mane olur. Səhər yeməyi və ya nahardan bir saat sonra qəhvə içilməsi məsləhətdir.


2. Gündə iki stəkandan çox içməyin.

Kofein həddi aşılarsa, gün ərzində sizdə qıcıqlanma və əsəbilik müşahidə olunacaq. Eyni zamanda, kofeinə görə qanda kalsium azalacaq, nəticədə paratiroid hormonu daha çox istehsal olunur, sümük sıxlığı azalır. Yəni, kofeinin sui-istifadəsi səbəbindən hormonal pozğunluqlar və osteoporoz ola bilər.

3. Əlavələrdən çəkinin.

Şəkər və şərbətlərdən imtina edərək, təbii dənli qəhvəni saf formada içmək lazımdır. Hətta süd kalorini artırır. Ümumiyyətlə, bütün əlavələr insulin müqavimətinin inkişaf riskini artırır, diabetə gətirib çixardır”.

Günay Quluzadə