Elə insanlar var ki, səhər yuxudan duran kimi qəhvə içməsələr, gün onlar üçün əziyyət olur. Lakin qəhvənin insan orqanizminə zərər vurmaması üçün onu məhdud miqdarda istifadə etmək lazımdır.
Medicina.az xəbər verir ki, qəhvənin orqanizmə faydalı olması üçün onu aşağıdakı kimi dəmləyərək qəbul etmək lazımdır:
Göbələklə - immunitet üçün
Əgər siz indiyə kimi göbələkli qəhvə haqda eşitməmisinizsə, o zaman bu materialı diqqətlə oxuyun.
Qəribə səslənməsinə baxmayaraq, bu, çox faydalı içkidir. Göbələyin tərkibindəki antioksidantlar immunostimulyator rolunu oynayır. Hazırlamaq üçün isə hazır qəhvənin içinə göbələk tozu əlavə etmək tələb olunur. Qəhvə sevənlərin fikrincə, bu toz qəhvənin dadını qətiyyən dəyişmir.
Zəncəfillə - məşqdən sonra
Zəncəfil çayı orqanizm üçün çox faydalıdır. Amma zəncəfilin faydalı xüsusiyyətlərinin tam üzə çıxması üçün onu qəhvəyə əlavə etmək lazımdır. Zəncəfilin tərkibində güclü antioksidantlar var ki, bu maddələr də iltihabəleyhinə xüsusiyyətə malikdir. Bu qarışım qanda xolesterinin miqdarını aşağı salır, əzələ ağrılarını aradan qaldırır. Bu üsullar hazırladığınız qəhvədən daha yaxşı olardı ki, gərgin məşqdən sonra idmançılar istifadə etsinlər.
Sarıköklə - qarın köpməsi zamanı
Sarıkökün faydalı xüsusiyyətləri haqda deyilənlər həqiqətə uyğundur. Sarıkökün tərkibindəki kurkumin maddəsi ona həm gözəl rəng, həm də faydalı xüsusiyyətlər bəxş edir. Antioksidantlarla zəngin olan sarıkök həzmi normaya salır, qarın köpməsini, qəbizliyi, hətta depressiyanı aradan qaldırır.
Kakao ilə - yaxşı əhval üçün
Təbii kakao tozu əlavə edilmiş qəhvə dadlı olması ilə yanaşı, həm də faydalıdır. Orqanizmdə olan iltihabi prosesləri aradan qaldırmaqla yanaşı, bu içki həm də xolesterin səviyyəsini normallaşdırır və koqnetiv qabiliyyəti artırır. Beynin aktivliyini sürətləndirərir və buna bağlı olaraq, əhvalı da artırır.
Arzu
Medicna.az