Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəhvəni bu təbii içki ilə əvəz edin - Eyni effekt

  • 2022.10.19 15:30
  • 2630 Baxış
Qəhvəni bu təbii içki ilə əvəz edin  - Eyni effekt


Kofinə öyrəşənlər və gününü qəhvəsiz təsəvvür etməyənlər bu içkini tərgitmək üçün nə edəcəklərini bilmir. Qəhvəyə alternativ içki varmı?


"Medicina" xəbər verir ki, dietoloqlar qəhvəni bitki içkisi olan Çikoriy ilə əvəz etməyi tövsiyə edir.

"Qəhvə özü də faydalıdır, amma çox içildikdə ürək-damar sisteminə mənfi təsir edə bilər.
Əgər qəhvə asılılığınız varsa, onu çikoriy ilə əvəz edin.

Çikoriy bitkisi qida lifləri ilə zəngindir, onda çox miqdarda inulin var, bu isə təbii probiotikdir.

Bağırsaq mikroflorasını bərpa edib, həzmi yaxşılaşdırır, burda da əhvala və beyinə müsbət təsir etmiş olur.
Çikoriy qanda şəkəri və insulini də tənzimləyir.

BU bitkinin kökünün iltihab əleyhimə təsir etməsi sübut olunub. Ona görə də xərçəngin və diabetin qarşısını ala bilər".

Aygün Musayeva