Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəhvə zavodunda yarım tondan çox kokain aşkarlandı

  • 2022.05.06 15:39
  • 2395 Baxış
Qəhvə zavodunda yarım tondan çox kokain    aşkarlandı



İsveçrənin məşhur Nespresso qəhvə istehsalı zavodunda 500 kq narkotik tozu aşkarlanıb.

Bakupost.az xəbər verir ki, qəhvə kisələri arasında saxlanılmış kokainin ümumi dəyəri 48 milyon avrodur.


Polis idarəsinə daxil olan məlumata görə fəhlələr kofe kisələrini boşaldarkən onların arasında ağ toza bənzər maddə səpildiyini görüblər.
Axtarış zamanı həmin gün daxil olan 5 konteynerdə 500 kq narkotik tapılıb.

Məlumata görə, konteynerlər İsveçrəyə Braziliyadan daxil olub.

Polislər bildirirlər ki, kokain partiyası digər məhsullardan ayrılıb, qəhvə ilə təması olmayıb.

Zavod nümayəndəsi Laura Keffer qəhvəyə narkotik qarışmadığından əmindir.


Bir versiyaya görə kokaini Braziliya narkomafiyası Avropa bazarlarına çatdırmaq üçün qəhvə konteynerlərinə yerləşdirib.
Digər versiyaya görə isə kokain çox cüzi miqdarda bu fabrikin məhsullarına əlavə olunur ki, spesifik dadı ilə alıcılarda asılılıq yaratsın.

Polis hələki kokain sifarişçisinin izinə düşə bilməyib.


Aygün Musayeva
BakuPost