Demək olar ki, gündəlik həyatımızın ayrılmaz içkilərindən olan çay və bəzi insanların xüsusi zövqlə içdiyi qəhvə, insan orqanizması üçün çox faydalıdır.
Medicina.az sizə çay və qəhvənin faydalarını təqdim edir.
Kofein tərkibi
Kofein dünyada ən çox istifadə olunan stimullaşdırıcı maddədir. Qəhvə və çay da daxil olmaqla bir çox içkilərin tərkibində mövcuddur. İnsan sağlamlığı üçün müsbət və mənfi təsirlərə malikdir. Qəhvənin tərkibində çayla müqayisədə kofein iki qat çoxdur. Kofeinin insan üçün təhlükəsiz hesab edilən miqdarı gün ərzində 400 milliqramdır. Bir stəkan (240 ml) dəmlənmiş qəhvənin tərkibində təxminən 95 mq kofein var, eyni miqdar çayda 47 mqdır.
Elm adamları kofeinin müsbət təsirini araşdırarkən ilk növbədə qəhvəyə diqqət ayırsalar da, maddənin müxtəlif miqdarda olmasına baxmayaraq hər iki içkinin də sağlamlığa xüsusi faydalar verə biləcəyini istisna etmirlər. Kofein qəbulu bəzi xroniki xəstəliklərin riskini azalda, idmanda performansı, əhval-ruhiyyəni və zehni cəsarəti artıra bilər. Mərkəzi sinir sistemimiz üçün güclü bir stimullaşdırıcı rol oynayır. Buna görə də aktiv həyat tərzi keçirməyimizə kömək edir.
Kofeinin zehni təsirinə gəldikdə isə araşdırmalar göstərir ki, həm sadə, həm də mürəkkəb işlərdə düşünmə qabiliyyətini yaxşılaşdırır. Norma daxilində qəbul edildikdə beyində olan xəstəliklərə, Alzheimerə, metabolik sindroma və piylənmə halındaki qaraciyər xəstəliklərinə qarşı qoruyucu təsir malikdir.
Antioksidant tərkibi
Antioksidanlar orqanizmamızda xroniki xəstəliklərin inkişafının qarşısını almağa kömək edir. Həm çay, həm də qəhvə antioksidanlarla, xüsusən də polifenollarla zəngindir.
Çay və qəhvədə bir çox polifenol qrupu var. Qara çay thearubigins, taninlər, flavonoidlər, alkaloidlər, vitaminlər və katexinlərlə, qəhvə isə flavonoidlər və xlorogen turşusu (CGA) ilə zəngindir. Bu yaxınlarda edilən bir araşdırma flavonoid və thearubiginsin ağciyər və bağırsaq xərçəngi hüceyrələrinin böyüməsinə maneə törətdiyini və nəticədə onları tədricən məhv etdiyini sübut etdi. Talesemiya hüceyrələrində aparılan tədqiqatlar da oxşar nəticələr verdi və qara çayın xərçəngə qarşı qoruyucu xüsusiyyətlərə malik olduğunu göstərdi.
Qəhvənin anti-xərçəng xüsusiyyətləri üzərində aparılan araşdırmalar orqanizmi mədə-bağırsaq və qaraciyər xərçənginə qarşı qoruduğunu və sürətlə böyüyən xərçəng hüceyrəsinin böyüməsinə mane olduğunu sübut etmişlər.
Polifenollar isə ürək xəstəlikləri riskini azaldır.