Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəhvə ürək döyüntüsünü artırırsa - Hindiba için

  • 2023.04.25 16:18
  • 1056 Baxış
Qəhvə ürək döyüntüsünü artırırsa   -  Hindiba için
Qəhvə ürək ritminə mənfi təsir edərsə, hindibaya- çikoriyə keçə bilərsiniz.

“Medicina” xəbər verir ki, həkim – diyetoloq Natalya Denisovanın sözlərinə görə, gündə maksimum qəhvə dozası dörd fincandır.


Bundan çox dozada kofeinə yaxşı reaksiya verməyən insanlar var. Onlarda ürək döyünməsi arta, baş ağrıları başlaya bilər, hətta qan təzyiqində qısamüddətli yüksəlmə də ola bilər.

Qəhvədən sonra narahatlıq yaşayanlar üçün Natalya Denisova çikoriy sınamağı tövsiyə etdi. Hindiba içkisi qəhvə dadı və ətrinə malikdir, lakin kofein kimi təsiri yoxdur.

Ekspertin fikrincə, hindibadan sonra təzyiqdə yüksəlmə olmur.

Hindiba qan şəkərinə çox yaxşı təsir edən polisaxarid inulini ehtiva edir, buna görə də diabet xəstələrinə göstərişdir.
Mütəxəssis öz növbəsində qəhvə həvəskarlarına yalnız onun təbii variantlarından istifadə etməyi tövsiyə edib.

Günay Quluzadə